RU

DGK xətti ilə büdcə daxilolmaları 5%-ə yaxın azalıb

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 1 milyard 469,9 milyon manatı və yaxud 15,9 %-i Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə daxilolmaların payına düşüb.

APA-Economics” xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.9% və ya 75 milyon manat azdır. Belə ki, ötən ilin yanvar-mart aylarında DGK xətti ilə dövlət büdcəsinə 1 milyard 544.9 milyon manat vəsait ayrılmışdı.

Qeyd edək ki, 2024-cü ilin birinci rübü üzrə dövlət büdcəsinin gəlirləri 8544,8 milyon manat proqnoza qarşı 9234,3 milyon manat təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
1
Источники
Комментарий ()
Закрывать

Рейтинг