RU

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Ermənistanla Azərbaycan arasında sərhəd probleminin həlli Cənubi Qafqazda sabitliyin və sülhün bərqərar olması üçün lazımdır.

Axar.az xəbər verir ki, bunu İran XİN-in sözçüsü Nasir Kənani deyib.

“Biz Azərbaycan və Ermənistan arasında birgə demarkasiya komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmətlə yanaşırıq. Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün iki ölkənin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət edərək sərhəd məsələlərinin həlli istiqamətində dinc səyləri davam etdirməsi zəruridir”, - Kənani bildirib.

Qeyd edək ki, 19 apreldə Azərbaycanla Ermənistan arasında Qazaxın işğalda olan 7 kəndindən anklav olmayan 4 kəndinin qaytarılması barədə razılaşması Rusiya, Türkiyə də daxil olmaqla, ABŞ və AB-nin əksər ölkələri alqışlayıb. İran isə yalnız indi münasibət bildirir, həm də XİN sözçüsü səviyyəsində və “alqışlamır”, “hörmət edir”...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
37
Источники
Комментарий ()
Закрывать

Рейтинг