RU

ADPU-nun “Robotex Türkiyə”də iştirak edən 3 komandasının hər biri qalib olub

ADPU-nun

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) dünyanın ən böyük robot festivalı olan “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən yarımfinal mərhələsində möhtəşəm uğura imza atıb. ADPU-nun yarışmada iştirak edən 3 komandasının hər biri qalib olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Kompüter elmləri kafedrasının və STEAM Mərkəzinin müəllimi Xumarə Qəhrəmanlının mentorluğu ilə yarışa qatılan “ADPU GİRLS” komandası “Girls Firefighting” kateqoriyası üzrə I yerə, “HYDROTESK” komandası “Water Rally” kateqoriyası üzrə I yerə, “AZİRRİGATİON” komandası isə “Green Entrepreneurship” kateqoriyası üzrə III yerə layiq görülüb.

Qeyd edək ki, Estoniyada əsası qoyulan “Robotex” festivalı dünyanın ən böyük robot yarışması hesab edilir. 2024-cü ildə keçirilən “Robotex Türkiyə” yarışmasında dünyanın 11 ölkəsindən 18 fərqli kateqoriya üzrə 400-dən çox komanda, 2500-dən artıq iştirakçı yarışıb. Qalib komandalar “Robotex”in final mərhələsində iştirak hüququ qazanıblar.

Eyni zamanda, ADPU-nun STEAM Mərkəzinin direktoru dosent Arzu Daşdəmirov da “Robotex Türkiyə”də ziyarətçi qismində iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
81
Источники
Комментарий ()
Закрывать

Рейтинг