Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında delimitasiya razılaşmasını alqışlayıb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, Azərbaycan və Ermənistanın 1991-ci il Almatı Bəyannaməsinə əsaslanaraq beynəlxalq sərhədlərinin delimitasiyası üzrə irəliləyiş əldə etməsini alqışlayır:
"Onların diplomatiyası ilə ərazilərin dinc yolla qaytarılması və davamlı sülhün təmin edilməsi istiqamətində mühüm addım atılıb".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun