AZ

Britaniyalı nazirdən kəndlərin Azərbaycana qaytarılmasına reaksiya

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında delimitasiya razılaşmasını alqışlayıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, Azərbaycan və Ermənistanın 1991-ci il Almatı Bəyannaməsinə əsaslanaraq beynəlxalq sərhədlərinin delimitasiyası üzrə irəliləyiş əldə etməsini alqışlayır:

"Onların diplomatiyası ilə ərazilərin dinc yolla qaytarılması və davamlı sülhün təmin edilməsi istiqamətində mühüm addım atılıb".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
4
milli.az

10Mənbələr