RU

Məhərrəm Gülməmmədov - Peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik! 

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikası peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir.
 
Rubrikada bu dəfə Yevlax Rayon Mərkəzi Xəstəxanasının terapevti Məhərrəm Şükür oğlu Gülməmmədovu oxuculara təqdim edirik.
 
O, 1959-cu ildə Yevlax rayonunda anadan olub. 1977-1984-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilakitika fakültəsində təhsili alıb. 1984-1986-cı illərdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında internatura keçib.
 
Məhərrəm Gülməmmədov 1986-1991-ci illərdə Yevlax Rayon Mərkəzi Xəstəxanasında Poliklinika şöbəsində həkim-terapevt, 1991-1995-ci illərdə Yevlax RMX-da Poliklinika şöbəsinin müdiri, 1995-2004-cü illərdə Yevlax RMX-nın Həkim Məsləhət Komissiyasının sədri, 2004- 2011-ci illərdə həkim-terapevt vəzifələrində çalışıb. 2011-ci ildən Yevlax Rayon Mərkəzi Xəstəxanasında Poliklinika şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
225
27
aztibb.az

10Источники