“Mərhumun həyat yoldaşı Xalidə xanımla danışdım, deyir, gecə saat birdə rəhmətə gedib. O radələrdə xırıldayıb və dünyadan köçüb”.
Yenisabah.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında aparıcı Tarix Əliyev (Tolik) deyib.
O bildirib ki, Əməkdar artist Cavanşir Məmmədov axşam onun verilişində olub:
“Mənim verilişimdə idi, səhhətindən bir şikayəti yox idi. Bildiyimiz kimi, ürəyində dörd stent vardı və şəkər xəstəliyindən əziyyət çəkirdi. Axşam saatlarında dünyadan köçüb. Allah rəhmət eləsin”.
Telegram kanalımız