Paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsində yeniyetmənin piyada işıqforuna zərbə vurmasını əks etdirən görüntülər araşdırılıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayan şəxs müəyyən olunub və valideynləri ilə birgə polis idarəsinə dəvət olunub.
Yeniyetmə ilə profilaktiki söhbətlər aparıldıqdan sonra əmələ görə qanunamüvafiq tədbirlərin görülməsi təmin olunub.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта