RU

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, Qəbələ, Oğuz, Lənkəran – 2, Cəlilabad – 1, Masallı – 1, Yardımlı, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li tam orta məktəb), Laçın (Şəhər 2 №-li tam orta məktəb və Zabux kənd tam orta məktəbi.), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Ucar, İsmayıllı, Şamaxı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz – 1, Quba - 1 rayonlarında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.

 

Bəs nəticələr nə vaxt elan olunacaq?

 

DİM-dən Sfera.az-a verilən məlumata görə, 7 aprel tarixində IX siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələrinin mayın 10-dək elan olunması nəzərdə tutulur. 

 

“Nəticələr hazır olan kimi elan olunur. Dəqiq vaxt demək mümkün deyil”, - məlumatda bildirilib.

 

Qeyd edək ki, buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz.

 

Firuzə Əliyeva
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
88
1
Источники
Комментарий ()
Закрывать