RU

“Zəfərimiz yeni-yeni hədəflərə yol açır” - Əhliman Əmiraslanov

“Bu gün tarixi Zəfərimizin reallıqlarını yaşayırıq.  Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazilərinin 30 il davam edən  işğalına son qoymaqla, yeni reallıq formalaşdırdı. Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 qeyri-anklav kəndinin (Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndləri) bir güllə atılmadan, qan tökülmədən qaytarılması ölkəmizin və Ali Baş Komandan, Prezident İlham Əliyevin növbəti qələbəsidir. Bu hadisə müdrik, qətiyyətli və cəsarətli Liderin siyasətinin nəticəsidir”.  

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Deputat bildirib ki, Ermənistanın qeyri-anklav dörd kəndi 34 il sonra heç bir qarşıdurmasız və qurbansız qaytarmağa razılaşmasını belə demək mümkünsə, Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış toplayan Prezident İlham Əliyevin ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsində nə qədər ardıcıl və prinsipial mövqe tutmasının növbəti təzahürüdür.

“Bu, həm də 44 günlük Vətən müharibəsindən, 2023-cü ilin sentyabrında keçirilən  lokal antiterror əməliyyatlarından, həmçinin  rusiyalı sülhməramlıların bölgədən çıxmasından sonra cənab Prezidentimizin xalqımıza növbəti ən qiymətli hədiyyəsidir. Artıq göründüyü kimi, Zəfərimiz yeni-yeni hədəflərə yol açır. Bu gün ölkəmizdə  quruculuq layihələri uğurla həyata keçirilir. Azərbaycan istər regionda, istərsə də dünyada  siyasi mənzərəni dəyişdi. Kimin kim olduğu bir daha dünyaya açıqlandı. 44 günlük müharibə sözün əsl mənasında həqiqət anı oldu. Müharibə bizim gücümüzü, əyilməz iradəmizi, birliyimizi, müharibə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var. Bu birliyimiz, həmrəyliyimiz bu gün  işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə yönəldilib. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb,  bütün şəhərlərimiz, kəndlərimiz müasir tələblər səviyyəsində yenidən qurulur.  Qarabağın və Şərqi Zəngəzurun hava qapıları  dünyaya açıldı. Şuşamızın hər günü çal-çağırlıdır. Diplomatik mərkəzə çevrilən Şuşa neçə-neçə sənədlərin imzalanmasına şahidlik edir. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər səfəri Böyük Qayıdışımızın sürətlənməsinə xidmət edən addımlarla zəngindir. Tezliklə Qarabağ və Şərqi Zəngəzur böyük investisiyalar məkanına çevriləcək.  Azərbaycanın bu günkü Zəfəri dünənimizə baxış, gələcəyimizlə bağlı yeni-yeni hədəflərin müəyənləşdirilməsində stimulverici amildir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
99
1
Источники
Комментарий ()
Закрывать

Рейтинг

8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
2145
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
1798
Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
1607
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
1463
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
1170
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
1102
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
793
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
732
Röyanın biabırçı videosu yayıldı
681
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
596
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
585
Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb
583
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
562
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
560
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
539
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
521
Sabah 20 dərəcə isti olacaq
425
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
418
Magistraturaya qəbulun yekun nəticələri açıqlandı
405
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir - FOTO 
360