RU

Zakir Həsənov Quru Qoşunlarının rəhbər heyətini topladı - VİDEO

Aprelin 20-də Quru Qoşunlarının qərargahında müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev, Quru Qoşunlarının idarə və xidmət rəisləri, birlik, birləşmə komandirləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Day.Az xəbər verir ki, müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, hərbi hissələrin döyüş hazırlığı üzrə tədbirlər və hərbi intizamın vəziyyəti təhlil edilib.
Nazir hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də döyüş tapşırıqlarının dəqiq və vaxtında icrasına daim hazır olunması barədə müvafiq göstərişlər verib.

Çətin relyefli, yüksək dağlıq ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin maddi-texniki və mühəndis təminatı, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi çatdırılıb.

General-polkovnik Z.Həsənov Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası prosesinin effektiv həyata keçirilməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlərin görülməsi barədə aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Müdafiə naziri Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş hazırda isə ölkəmizi tərk edən Rusiya sülhməramlı kontingentinin şəxsi heyət, silah-sursat və döyüş texnikasının daşınmasında lazımi texniki dəstəyin göstərilməsi ilə bağlı müvafiq göstərişlər verib.

Sonda icra edilən tədbirlərin daha keyfiyyətli yerinə yetirilməsinin diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
77
21
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7443
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5139
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4818
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4641
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4402
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3657
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2926
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2652
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2641
Sabah 20 dərəcə isti olacaq
2554
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2553
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2214
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2164
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2060
Röyanın biabırçı videosu yayıldı
2033
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
1997
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1689
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1593
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1573
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1563