Bakı. Trend:
Xəbər verdiyimiz kimi, bu gün Quru Qoşunlarının qərargahındamüdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi iləxidməti müşavirə keçirilib.
Trend xəbər verir ki, müşavirədə Azərbaycan-Ermənistan şərtisərhədində mövcud əməliyyat şəraiti, hərbi hissələrin döyüşhazırlığı üzrə tədbirlər və hərbi intizamın vəziyyəti təhliledilib.
Müdafiə naziri hərbi hissələrin xidməti-döyüş fəaliyyətinintəkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də döyüştapşırıqlarının dəqiq və vaxtında icrasına daim hazır olunmasıbarədə müvafiq göstərişlər verib.
Çətin relyefli, yüksək dağlıq ərazilərdə döyüş növbətçiliyiaparan bölmələrin maddi-texniki və mühəndis təminatı, o cümlədənşəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusidiqqət yetirilməsinin vacibliyi çatdırılıb.