RU

Gecikdi, 100 manat ödəməli oldu – Qarabağ təmsilçisi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda II Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

15.04.2024-cü il tarixində II Liqada XXI turun “Şahdağ Qusar” – “Şəmkir” oyununun 89-cu dəqiqəsində “Şahdağ Qusar” komandasının 97 nömrəli futbolçusu Kənan Mirzəliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Şahdağ Qusar” klubu 50 manat cərimə edilir (maddə 36.5);

15.04.2024-cü il tarixində II Liqada XXI turun “Şahdağ Qusar” – “Şəmkir” oyununda “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şəmkir” klubu 70 manat cərimə edilir (maddə 37);

15.04.2024-cü il tarixində II Liqada XXI turun “Lerik” – “Füzuli” oyununun 88-ci dəqiqəsində “Lerik” komandasının 42 nömrəli futbolçusu Valid Yusubzadə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Lerik” klubu 80 manat cərimə edilir (maddə 41);

15.04.2024-cü il tarixində II Liqada XXI turun “Lerik” – “Füzuli” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Lerik” klubu 50 manat cərimə edilir (maddə 70.1);

16.04.2024-cü il tarixində II Liqada XXI turun “Ağdaş” – “Cəbrayıl” oyununda “Cəbrayıl” klubu matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Cəbrayıl” klubu 100 manat cərimə edilir (maddə 91).

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
67
Источники
Комментарий ()
Закрывать

Рейтинг