RU

Ermənistanın vitse-spikeri: Qaytarılan kəndlər bizim deyil! 

Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan özünün Facebook səhifəsində delimitasiya komissiyalarının dünənki görüşünü və işğal altındakı 4 kəndin Azərbaycana qaytarılmasını şərh edərək, müraciət yayıb. 

Modern.az xəbər ki, Akop Arşakyan həmvətənlərinə müraciətində Ermənistanın kənd və ərazilərinin təslim edilməsi barədə iddiaların yalan olduğunu vurğulayıb və deyib ki, Azərbaycana qaytarılan kəndlər erməni yaşayış məntəqələri deyil: 

“Bu barədə hər hansı bir söhbət açıq-aşkar yalandır. Hiyləgərlərə və yalançılara inanmayın, onların yolunu, bəyan etdikləri dəyərləri, əkdiklərini və meyvələrini xatırlayın. Biz çətin yoldan birlikdə keçirik və heç bir maneə keçilməz deyil. Ona görə də biz dövlətçiliyimizin bu çətin dövrlərindən sakit şəkildə birlikdə keçəcəyik, xalqımızın təhlükəsizliyi və dövlətin inkişafı naminə uzunmüddətli sülhü qurmağa çalışacağıq”. 

Xatırladaq ki, dünən Ermənistan və Azərbaycan sərhədində Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryanın və Şahin Mustafayevin sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların səkkizinci iclası keçirilib.

Görüşün yekunlarına dair protokol imzalanıb. Tərəflər növbəti görüşün tarixi və yeri barədə razılığa gəliblər. Görüşün yekunlarına əsasən, delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. 

Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır. 

Ermənistanda müxalifət dairələri və revanşistlər bu vəziyyətdən su-i istifadə edərək, əhalini hakimiyyətin üstünə qaldırmağa çalışır. Revanşistlər iddia edirlər ki, hakimiyyət guya erməni kəndlərini Azərbaycana təhvil verir. 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
54
4
Источники
Комментарий ()
Закрывать

Рейтинг

8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
1984
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
1704
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
1339
Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
1166
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
1061
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
910
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
713
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
698
Röyanın biabırçı videosu yayıldı
642
Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb
557
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
537
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
524
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
510
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
500
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
497
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
476
Magistraturaya qəbulun yekun nəticələri açıqlandı
399
Sabah 20 dərəcə isti olacaq
393
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir - FOTO 
342
Xanım fanatı azərbaycanlı müğənniyə “Porsche” bağışladı - VİDEO
330