Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 5 milyard 268,3 milyon manat, büdcə xərcləri isə 3 milyard 205,4 milyon manat təşkil edib.
Yenisabah.az xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən müvafiq olaraq 31,1 % az və 2 dəfə çoxdur.
Hesabat dövrü ərzində ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 3 milyard 195,3 milyon manat (2 dəfə çox ) vəsait dövlət büdcəsinə transfert edilib.
Xatırladaq ki, bu il aprelin 1-nə ARDNF-in aktivləri 57 milyard 372,8 milyon ABŞ dolları təşkil edib ki, bu da, ötən ilin eyni dövrünə nisbətən 2,3 % çoxdur.
Telegram kanalımız