Bakupost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilir ki, düşən yağıntının miqdarı Ağsuda 5 mm, Qrız, Qəbələ, Şahbuzda 2 mm, Şahdağ, Gədəbəydə 1 mm-dək olub.
Aprelin 19-da saat 16:14-16:54 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb. Şimal-qərb küləyi arabir Ağstafada 25 m/s, Tovuz, Daşkəsəndə 20 m/s, Gədəbəydə 15 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 28-32, Aran rayonlarında 29, dağlıq rayonlarda 25 dərəcəyədək isti olub.