RU

Türkiyədə daha bir cinayətkar dəstə çökdürüldü

Türkiyənin Batman vilayətinin 8 rayonunda həyata keçirilən “Mahzen-30” əməliyyatında Doğan Güneyin rəhbərlik etdiyi “Odacılar” mütəşəkkil cinayətkar dəstəsi çökdürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında məlumat verib.

O, cinayətkarlıqla məşğul olanlara qarşı əməliyyatların davam etdiyini vurğulayıb: “Əməliyyatlar zamanı mütəşəkkil cinayətkar qruplaşmanın rəhbərlərindən olan Yonca Onat da daxil olmaqla 34 şübhəli saxlanılıb. İstəyirəm ki, əziz millətimiz bunu bilsin ki, hansı böyüklükdə olursa-olsun, mütəşəkkil cinayətkar təşkilatları sıradan çıxarıb ədalətə təslim edəcəyik. Əməliyyatlarımız dan yeri ağaranda da, günəş batanda da  davam edəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
72
2
Источники
Комментарий ()
Закрывать

Рейтинг