- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Çempionlar Liqasının 2024/25 mövsümündə A seriyasının beş klubu iştirak edəcək.
Sportinfo.az xəbər verir ki, bu, ötən gecə Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunlarından sonra dəqiqləşib.
Belə ki, “Atalanta” və “Roma” turnirdə yarımfinala adlayıblar.
Nəticədə İtaliya çempionatı UEFA-nın əmsallar cədvəlində mövsümün ən yaxşı 2 liqası sırasında yer almağı təmin edib.
2024/2025 mövsümündə A Seriyasının 8 iştirakçısı avrokuboklarda mübarizə aparacaq. Onlardan 5-i Çempionlar Liqasında, 2-si Avropa Liqasında, 1-i isə Konfrans Liqasında çıxış edəcək.
İtaliyanın ÇL-dəki iştirakçı sayı 6-ya da yüksələ bilər. Bunun üçün “Atalanta” və ya “Roma” Avropa Liqasının qalibi olmalı və qalib komanda A seriyasında ilk “5-lik”dən kənarda qalmalıdır.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.