RU

Cəlilabadda baş verən yol qəzasında 4 nəfər yaralanıb

Cəlilabad rayonunda baş verən yol qəzasında xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər xəstəxananın Təcili Yardım Şöbəsinə hospitalizasiya olunub.Belə ki, 1985-ci il təvəllüdlü (kişi cinsli) şəxsə alt çənənin əzilmiş yarası, kürəkarxası nahiyəsinin qançırı, yuxarı sağ dirsəyin və sağ dizin irihəcmli əzilmiş yarası, 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxsə başın küt travması, üzün sağ səthinin şişkinliyi, səthi sıyrıqlar, 1997-ci il təvəllüdlü (kişi cinsli) şəxsə başın təpə nahiyəsinin əzilmiş yarası, yuxarı ətrafın küt travması, 1999-cu il təvəllüdlü (kişi cinsli) şəxsə sol əlin 4-cü daraq sümüyünün yerdəyişməyən sınığı diaqnozları təyin edilib.Onlara zəruri tibbi yardımlar göstərildikdən sonra 3 nəfər ambulator müalicə üçün evə buraxılıblar. Bir nəfərin isə stasionar müalicəsi davam etdirilir. Hazırda vəziyyəti qənaətbəxşdir.Mətləb

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
69
3
sesqazeti.az

3Источники