AZ

Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb

Cəlilabad rayonunda baş verən yol qəzasında xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından "Report"a bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər xəstəxananın Təcili Yardım Şöbəsinə hospitalizasiya olunub.

Belə ki, 1985-ci il təvəllüdlü (kişi cinsli) şəxsə alt çənənin əzilmiş yarası, kürəkarxası nahiyəsinin qançırı, yuxarı sağ dirsəyin və sağ dizin irihəcmli əzilmiş yarası, 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxsə başın küt travması, üzün sağ səthinin şişkinliyi, səthi sıyrıqlar, 1997-ci il təvəllüdlü (kişi cinsli) şəxsə başın təpə nahiyəsinin əzilmiş yarası, yuxarı ətrafın küt travması, 1999-cu il təvəllüdlü (kişi cinsli) şəxsə sol əlin 4-cü daraq sümüyünün yerdəyişməyən sınığı diaqnozları təyin edilib.

Onlara zəruri tibbi yardımlar göstərildikdən sonra 3 nəfər ambulator müalicə üçün evə buraxılıblar.

Bir nəfərin isə stasionar müalicəsi davam etdirilir. Hazırda vəziyyəti qənaətbəxşdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
3
Mənbələr
Şərh ()
Bağla