RU

Fuad Hüseynəliyev: Rusiyanın sülhməramlılarını Azərbaycandan çıxarması qərarı məqbuldur

Rusiyanın sülhməramlılarını Azərbaycandan çıxarması qərarı məqbuldur.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev "Baku TV"nin “Aktual” verilişində deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində artıq heç bir işi qalmayıb:

“Burada rusiyalı əsgərlərin qalmasının heç bir mənası, məramı da yoxdur. Onlar bir müddət əvvəl minatəmizləmə işlərinə kömək etməyə başlamışdılar, lakin hesab edirəm ki, məhz bunun üçün də fərqli üsullar mövcuddur. Belə ki, onlar Fövqəladə Hallar Nazirliyinin xətti ilə minatəmizləmə sahəsində öz köməkliklərini göstərə bilərlər. Bunun üçün onları ölkədə saxlamağa ehtiyac yoxdur”.

“Məlumdur ki, sülhməramlılar 2020-2021-ci ildə minatəmizləmə işlərinə qoşulmuş, daha sonra təmizlədikləri ərazilər barədə hesabat da vermişdilər. Sülhməramlılarda mina xəritələrinin daha düzgün versiyalarının olması ehtimalına qarşı onların bu sahəyə cəlb edilməsi bizim üçün də xeyirli ola bilər. Ancaq onları mülki missiya kimi cəlb etməklə əməkdaşlıq mümkündür. Rusiya sülhməramlılarının Azərbaycanda qalması həm bizim, həm də Rusiya üçün də faydalı deyil, əksinə, əlavə xərcdir, yükdür. Bu xərci Rusiya qarşılayır və bilirik ki, başqa ölkənin ərazisində xidmət etməyin maliyyə cəhətdən qarşılığı da tam başqadır”, - Agentlik rəhbəri qeyd edib.

F.Hüseynəliyev bildirib ki, bundan başqa, 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirlərindən keçən 6 ay ərzində burada qalmaq və Azərbaycan vətəndaşı olmaq istəyən ermənilərin də hüquqları təmin olunub:

“Yəqin ki, Rusiya sülhməramlıları da burada işlərinin qalmadığını başa düşərək vəziyyəti rəsmi Moskvaya məruzə ediblər. Bundan sonra da ölkə rəhbərlikləri səviyyəsində missiyanın sonlandırılması qərara alınıb”.

Agentlik direktoru vurğulayıb ki, sülhməramlıların 2020-ci ildə Qarabağ və digər ətraf rayonlarda yerləşdirilməsi erməni silahlı qüvvələrinin sözügedən ərazilərdən çıxarılmasına paralel aparılmalı idi:

“Hansı ki, bunu təmin etmədikləri üçün Azərbaycan Ordusu məsələni kökündən həll etdi. Eyni zamanda iki icma arasında ilkin mərhələdə dialoqun qurulmasına kömək etməli idilər. Faktiki olaraq, artıq bu dialoq da qurulub. Bu baxımdan Rusiyanın sülhməramlılarını Azərbaycandan çıxarması qərarı məqbuldur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
35
3
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14385
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11331
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9224
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3081
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2624
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2342
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2341
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2171
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1843
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1650
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1205
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
829
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
773
Azərbaycan nefti ucuzlaşdı
768
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
727
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
696
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
693
Arda Gülər dayanmır, yenə fərqləndi -
611