RU

52 dəfə plastik əməliyyat etdirdi: Maykl Ceksonu geridə qoydu

Sindi Cekson adlı bu xanım 1988-ci ildən bu yana 52 plastik əməliyyat keçirtdiyi üçün rekordçu olub.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Sindinin mükəmməllik arzusu Ginnesin Rekordlar Kitabında da dəfələrlə adının çəkilməsinə səbəb olub.

1988-ci ildən bəri Sindi 52 dəfə plastik cərrahın bıçağı altına yatıb. O, tək burnundan 7 dəfə əməliyyat keçirib.

Bundan əlavə, göz qaldırma, yanaqlarda, dodaqlarda, çənə xəttində gərdirmə, doldurma, bədənşəkilləndirmə əməliyyatları  etdirib. Bunlar da azmış kimi xanım Cekson üzünə qalıcı makiyaj proseduru da etdirib.

Deyilənə görə, o əməliyyatların sayına görə mərhum pop kralı Maykl Ceksonu geridə qoyub.

Həkimlər Maykl Ceksonun 30 dəfə estetik əməliyyat keçirdiyini güman edirlər.


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
119
24
lent.az

10Источники