AZ

Maykl Cekson yenidən cinsi təcavüzdə ittiham edilir: Çılpaq fotoları yayıla bilər

İki kişi Maykl Ceksonun uşaqlıqda onlara qarşı zorakılıq etdiyini iddia edir. Həmin şəxslərin məhkəmə sənədləri ictimaiyyətə açıqlandıqdan sonra, Pop kralının çılpaq fotoları bütün dünyaya yayıla bilər. 

 

Sfera.az bildirir ki, əvvəllər Ceksonu cinsi təcavüzdə günahlandıran Ueyd Robinzon və Ceyms Seyfhak Pop Kralının keçmiş əməkdaşlarına qarşı yeni mülki iddia qaldırıblar. 41 yaşlı Ueyd Robinzon və 46 yaşlı Ceyms Seyfhak iddia edirlər ki, uşaqlıqda Cekson onları dəfələrlə zorlayıb. İndi həmin şəxsin vəkilləri Maykl Ceksonun illər əvvəl polis tərəfindən çəkilmiş çılpaq fotolarını əldə etməyə çalışırlar.

 

Şəxslər iddia edir ki, 1980-ci və 90-cı illərdə kiçik uşaq olarkən Maykl Cekson Neverland Ranch və digər yerlərdə onları dəfələrlə zorlayıb.

 

Cütlük müğənninin 2009-cu ildə ölümündən sonra onun mülkünə məxsus olan prodüser şirkətlərinə qarşı məhkəmə çəkişmələrində uduzsa da, iddialar ötən il yenidən gündəmə gəlib.

 

Gələn ilin əvvəlində baş tutacaq məhkəmədə, onlar Ceksonun 2005-ci ildə pedofiliya iddiaları ilə bağlı məxfi polis qeydlərinə giriş əldə etməyə çalışırlar.

 

Vəkilləri hesab edirlər ki, əsl hədəf Maykl Ceksonun cinsiyyət orqanlarının və çılpaq vəziyyətinin polis tərəfindən çəkilmiş fotoşəkillərini əldə etməkdir. 

 

Fotolarda nə göstərildiyi, nə vaxt və nə üçün çəkildiyi barədə daha ətraflı məlumat açıqlanmayıb. Zorakılıq iddialarını araşdıran polis bəzən ittihamçılardan təcavüzkarın bədən hissələrinin və ya bəzi əlamətlərinin ətraflı təsvirini vermələrini xahiş edir.


Qeyd edək ki, polis bunu iddiaları əsaslandıracaq hər hansı bir fiziki xüsusiyyətləri aşkar etmək üçün edir.

 

Los-Anceles Ali Məhkəməsinə təqdim edilən dörd çağırış vərəqəsinin ləğvi ilə bağlı vəsatət isə təmin edilib. Vəsatətdə qeyd edilib ki, görüntülər məhkəmənin verdiyi qoruyucu sərəncamla möhürlənib.


Ceksonun vəkilləri isə hesab edir ki, iddiaçıların fotoşəkilləri əldə etməsi, bu silsilə hallardan öz xeyirlərinə istifadə etmələrinə icazə vermək sayılır.

 

Xatırladaq ki, Robinzon və Seyfhakın ittihamları 2019-cu ildə çəkilmiş  "Leaving Neverland" adlı mübahisəli sənədli filmində (“HBO”da) ətraflı təsvir edilib.


Seyfhak 1988-ci ildən 1992-ci ilə qədər, təxminən 11, Robinzon isə 1990-1996-cı illərdə, təxminən 8 yaşında olarkən zorakılığa məruz qaldığını iddia edir.


“Leaving Neverland” filminin treyleri


Qəribədir ki, Robinzon əvvəllər Ceksonu müdafiə etsə də, 2013-cü ildə fikrini dəyişib. O, ilk iddiasını Ceksonun mülkünə qarşı qaldırıb. 

 

Robinzon hal-hazırda xoreoqraf və rejissordur. Seyfhak isə aktyor və rejissordur. Robinzon 2013-cü ildə, Seyfhak isə 2014-cü ildə həm səhlənkarlıq, həm vəzifə borcunu pozmaq, həm də qəsdən emosional sıxıntıya səbəb olmaq ittihamı ilə iddia qaldırıb.


İddialar rədd edilsə də, onlar işə davam etmək hüququnu qazanıblar. 

 

Kişilər təkcə Ceksonun onlardan sui-istifadə etdiyini deyil, həm də prodüser şirkətinin işçilərinin cinayətə şərik olduqlarını sübut etməli olacaqlar.

 

Aynil

Sfera.az

Seçilən
122
24
Mənbələr
Şərh ()
Bağla