RU

Bakının ən çox piyada ölümü baş verən üç prospekti – ÜNVANLAR 

"Bu ilin 3 ayı ərzində Bakıda ölüm və xəsarətlə nəticələnən 90 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində ölənlərin sayı 33, xəsarət alanların sayı isə 72 nəfər olub".

Bizim.Media xəbər verir ki, bu sözləri “baku.ws”ə açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli bildirib.

O əlavə edib ki, ötən ilin müvafiq ayları ilə müqayisədə qəzaların sayı 10 fakt (10 %), ölənlərin sayı 15 nəfər (31,2 %), xəsarət alanların sayı isə 5 nəfər (6,5 %) azalıb:

"Cari ilin 3 ayı ərzində paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlərdə yol-nəqliyyat hadisələri daha çox Heydər Əliyev, Ziya Bünyadov və Qara Qarayev prospektlərində qeydə alınıb. Təəssüflər olsun ki, baş verən yol-nəqliyyat hadisələri piyadaların iştirakı ilə qeydə alınır. Bu istiqamətdə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq piyadalar onların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan yeraltı, yerüstü və bərabər səviyyəli piyada keçidlərindən istifadə etmirlər. 

Onların hərəkəti üçün nəzərdə tutulmayan yerlərdən keçərək həm özləri, həm də digər hərəkət iştirakçılarının, xüsusilə sürücülərin həyat və sağlamlıqlarını təhlükəyə atırlar. Apardığımız müşahidələr göstərir ki, qəzaların əksəriyyəti sutkanın işqlandırılmayan vaxtı və piyada keçidlərinin düz yaxınlığında baş verib.
Sürücülər xahiş və tələbimiz ondan ibarətdir ki, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etsinlər, sürət həddini aşmasınlar, ara məsafəsini saxlasınlar və lüzumsuz manevrlər etməsinlər. Bu kimi qaydaların pozulması ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə girib çıxarır".

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
85
2
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17839
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14626
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9509
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8225
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7282
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7095
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
7035
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
7002
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6906
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6653
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5614
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5363
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5174
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
4959
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4768
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4531
Sabah 20 dərəcə isti olacaq
4198
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3972
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3335
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3245