RU

Bakıda marketlərdən oğurluq edən saxlanıldı

Bakıda marketlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayonu ərazisində yerləşən iki marketdən ümumilikdə 100 manat pul, 3000 manat dəyərində tütün məmulatı və 1000 manat dəyərində qol saatı oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nurlan Sayadov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Избранный
51
2
lent.az

10Источники