RU

UNEC-də “Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” adlı beynəlxalq konfrans öz işinə başlayıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbininvə Hindistan Təhsil və Tədqiqatlar Akademiyasının (FAI) əməkdaşlığıilə “Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellektinqilabı” adlı beynəlxalq konfransın açılışı olub.

Konfransın açılışında çıxış edən elm üzrə prorektor dosent FarizƏhmədov iştirakçıları salamlayaraq, konfransın mövzusununaktuallığından danışıb. Bildirib ki, konfrans çərçivəsində dünyanınnüfuzlu alim və tədqiqatçıları bir yerə toplaşaraq, rəqəmsallaşma,süni intellekt, menecment, iqtisadiyyat, maliyyə, turizm və digərqlobal sahələr üzrə mövzuları müzakirə edəcəklər.

F.Əhmədov konfransa Azərbaycan, ABŞ, Kanada, Almaniya,Hindistan, Yunanstan, İordaniya, Portuqaliya, Polşa, Gürcüstan,Litva, Monqolustan, Ukrayna, Monteneqro, Ruminiya, Tailand,Fillippin, Braziliya və Malaziyadan olan alimlərin müxtəlifsahələri əhatə edən 90-na yaxın elmi məqaləsinin qəbul edildiyinibildirib.

O, konfransda əldə olunan nəticələrin universitet-sənayeişbirliyinə, eləcə də, dövlət və özəl sektorun inkişafına mühümtöhfələr qazandıracağından əminliyini ifadə edərək, konfransınişinə uğurlar arzulayıb.

Sonra Hindistan Təhsil və Tədqiqatlar Akademiyasının prezidentiprofessor M.Premkit Sing, UNEC Biznes Məktəbinin direktoru dosentNazim Hacıyev, FAİ-nin vitse-prezidenti professor Nina Poyda Noysk,akademiyanın baş katibi Prof. Pankaj Srivastava, Türkiyənin DicləUniversitetinin dekanı Dr. Fethiye Muge Sakar çıxış edərək,müzakirə olunacaq mövzular barədə fikirlərini bölüşüblər,konfransla bağlı gözləntilərini səsləndiriblər.

Çıxışlardan sonra təltifolunma mərasimi keçirilib. Konfransplenar iclaslarda yerli və xarici tədqiqatçıların çıxışları ilədavam edib.

Qeyd edək ki, beynəlxalq konfrans aprelin 20-də öz işini başavuracaq.

UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
92
8
az.trend.az

9Источники