Bakı. Trend:
ABŞ İsrailin İrana cavab hücumunu dəstəkləməyib.
Trend-inməlumatına görə, bu barədə "CNN" televiziya kanalı Amerikalırəsmisinə istinadən bildirib.
"Biz bu cavab zərbəsini dəstəkləmədik", - deyə o bildirib. Oqeyd edib ki, İsrail cümə axşamı Vaşinqtona “yaxın günlərdə” İranaqarşı cavab tədbirləri görəcəyini bildirib.
Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı KeşikçiləriKorpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vədəməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavabolaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilkbirbaşa hərbi qarşıdurmadır.
Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatınbaşa çatdığını elan edib.