RU

Dortmunddakı “qol yağışında” “Borussiya” sevindi

Borussiya D – Atletiko 4:2 (2:0)
Borussiya (Dortmund, Almaniya): Kobel, Ryuyerson, Şlotterbek, Hummels, Maatsen, Əmrə Can, Zabitser, Sanço (Salih Özcan, 86), Brandt (Roys, 90), Adeyemi (Bayno-Gittens, 66), Füllkruq.
Atletiko (Madrid, İspaniya): Oblak, Molina (Barrios, 46), Vitsel, Ximenes, Ermoso, Aspilikueta (Rikelme, 46), Lyorente, Koke, De Paul (Saul, 84), Qrizmann, Morata (Korrea, 46).
Qollar: Brandt, 34 (1:0). Maatsen, 39 (2:0). Hummels, 49-öz qapısına (2:1). Korrea, 64 (2:2). Füllkruq, 71 (3:2). Zabitser, 74 (4:2).
Vərəqələr: Aspilikueta, 30. Ryuyerson, 43. Ermoso, 45+1 – sarı.
Hakim: Slavko Vinçiç (Sloveniya).
16 aprel. Dortmund. 81365 tamaşaçı.
İlk oyun – 1:2.

Əslində “Atletiko” üçün həyəcan təbili hələ ilk matçın son anlarında çalınmışdı. Çünki həmin vaxt madridliləri iki dəfə tir xilas etmişdi. Cavab oyunu çox sürətli və “kəşfiyyatsız” başladı. İlk 10 dəqiqədə hər iki komanda bir gözəl fürsəti əldən verdi. Zabitser Adeyeminin ötürməsindən sonra bir toxunuşla topu qapının boş qalmış küncünə göndərmək əvəzinə zərbə vurmağa gecikdi. Az qala meydanın mrkəzindən Kobellə təkbətək çıxan Morata isə “çərçivə”yə düşə bilmədi. Dəqiqələr ötdükcə üstünlüyü ələ keçirən “Borussiya” ilk yarının sonlarında rəqibi nokauta göndərdi. Əvvəlkli illərlə müqayisədə o qədər də inamlı mövsüm keçirməyən təcrübəli Oblak əvvəlcə Brandtın, sonra da Maatsenin zərbələri qarşısında aciz qaldı. Maraqlıdı ki, Brandt ÇL-in pley-offunda, Maatsen isə avrokuboklarda ilk dəfə qol sevinci yaşadı. Görünür, Simeone fasilədə oyunçularına yaxşı qulaqburması verdi. Həm onun sözləri, həm də əvəzetmələri komandanın oyununu canlandırdı. Qonaqlar ikinci hiussə başlayan kimi Hummelsin avtoqolu ilə fərqi azaltdılar. “Soyuq duş” yaşayan “Borussiya”nın qapısı önündə təhlükəli vəziyyətlər bir-birini əvəz etməyə başladı. Moratanın yerinə fasilədə meydana çıxan Korrea ilk fürsətdə rəqibi bağışladısa, ikinci fürsəti qola çevirdi. Ümumi hesabda önə keçən “Atletiko” topu rəqibə verərək ən yaxşı bacardığı şeyi etməyə, yəni müdafiə olunmağa başladı. Amma itiriləsi bir şeyi qalmayan və yaralı yırtıcıya bənzəyən “Borussiya” möhtəşəm fanatlarının da dəstəyi ilə bu çətin vəziyyətdən çıxmağı bacardı. 71-ci dəqiqədə sol cinahdan asma zamanı Ximenesi qabaqlayan Füllkruq mükəmməl baş zərbəsi ilə topu uzaq küncə göndərdi. Qoldan ruhlanan “arılar” 3 dəqiqə sonra fanatlarını sevincdən dəli olmaq həddinə çatdırdılar. Son vaxtlar əla formada olan, bu qarşılaşmada Maatsen ilə Füllkruqun qollarında hesabına məhsuldar ötürmə yazan Zabitser bu dəfə özü səhnəyə çıxdı. Qəribədi ki, 3 qolda yaxından iştirak edən Zabitser yox, 1 qol vuran Brant UEFA tərəfindən oyunun ən yaxşısı seçildi. Qalan vaxtı “hindular”, gözlənildiyi kimi, hücumda keçirsələr də, necə deyərlər, qatar artıq getmişdi. Beləliklə, “Borussiya” tarixində 3-cü, son 11 ildə 2-ci dəfə ÇL-in yarımfinalına yüksəldi. Bu il, bilindiyi kimi, final “Uembli”də keçiriləcək. Maraqlıdı ki, bu komandanın sonuncu dəfə yarımfinala çıxdığı mövsümdə də final “Uembli”də idi. 2012/13-də Yürgen Kloppun əsrarəngiz komandası yarımfinalda Joze Mourinyonun “Real”ını mübarizədən kənarlaşdırmışdı. Amma Londondakı Almaniya finalında “Borussiya” “Bavariya”ya boyun əymişdi. “Atletiko”nun isə yarımfinal həsrəti 7 ilə yüksəldi. 2017-ci ildə finalın biraddımlığında “Atletiko”nun qarşısını “Real” kəsmişdi.

oyunun statistikası
19 (9) qapıya (“çərçivə”yə) zərbə 10 (3)
6 künc zərbəsi 2
1 ofsayd 2
9 qayda pozuntusu 11
1(0) sarı (qırmızı) vərəqə 2(0)
54 topa sahibolma (faizlə) 46

Faktlar
* “Borussiya” ÇL-də öz meydanında ardıcıl 10-cu qarşılaşmada uduzmadı (6 qələbə, 4 heç-heçə). Bu, dortmundluların turnirdəki yeni rekordudu.
* “Borussiya” avrokubokların pley-offunun cavab oyunu çərçivəsində ardıcıl 2-ci qələbəsini qazandı. Halbuki komanda bu seriyaya qədər belə matçlarda ardıcıl 9 dəfə qələbəyə həsrət qalmışdı.
* “Borussiya” ÇL-in pley-offu çərçivəsində öz meydanında İspaniya təmsilçisinə qarşı keçirdiyi 6-cı oyunda da uduzmadı (4 qələbə, 2 heç-heçə).
* Zabitser son 20 ildə, yəni 2003/04-dən bəri ÇL-in pley-off matçında 3 qolda yaxından işitrak edən ilk avstriyalı futbolçu oldu.
* ÇL-in 1/4 finalında keçirdiyi son 3 duelin hamısı “Atletiko” üçün uğursuz alınıb. Madrid nəhəngi 2020 və 2022-də də mübarizəni bu mərhələdə dayandırmışdı.
* “Atletiko” İspaniyadan kənarda bundesliqa klublarına qarşı keçirdiyi son 11-ci oyunda 10-cu dəfə məğlub oldu.

Oyundan sonra...
Edin Terziç, Dortmund “Borussiya”sının baş məşqçisi:
“Çox şadam və komandamla fəxr edirəm. Stadionumuzda mükəmməl atmosfer var idi. “Atletiko”nun fasilədən sonra iki dəfə fərqlənməsi bizi çətinə saldı. Amma həvəsdən düşmədik və istəyimizə çatdıq. Böyük fəxr hissi ilə deyə bilərəm ki, “Atletiko” kimi bir rəqibi tam layiqli şəkildə üstələyərək növbəti mərhələyə vəsiqə qazandıq. İndi bizi PSJ ilə oyunlar gözləyəcək. Qrup mərhələsində səfərdə onlara qarşı zəif oynayıb məğlub olmuşduq. Öz meydanımızda daha inamlı təsir bağışlasaq da, yenə qələbəyə həsrət qalmışdıq. Amma yarımfinaldakı matçlar qrupdakı oyunlardan çox fərqlənəcək. Çünki “Borussiya” indi 3-4 ay əvvəlkindən daha yaxşı oynayır”.


Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:
“İlk dəqiqələrdən işlər planlaşdırdığımız kimi getmədi. Buna baxmayaraq, komandam lazımi nəticəni əldə etmək, hətta qalib gəlmək üçün əlindən gələni etdi. “Borussiya” hesabı bərabərləşdirməyimizə əla reaksiya verdi. 2:2-dən sonra irəli atıldılar və özlərinə lazım olan qolları vurdular. Onlar cərimə meydançasında bizdən daha yaxşı oynadıqları üçün qalib gəldilər. Dortmundlular qol fürsətlərindən maksimum yararlandılar. Amma “Atletiko” haqda eyni sözü demək olmaz. Hesabı biz açmalıydıq. Bunu edə bilmədik. Bu səviyyələrdə oynamaq, özümüzü sınamaq üçün hər şey etdik. Oyunçularımı günahlandıra bilmərəm. Başqa deyəcəyim bir söz yoxdu. Belə çətin qarşılaşmada 2 topluq fərqi aradan qaldrıdıq. Yəni ümumi hesabda hətta önə də keçdik. Amma “Borussiya” bizi meydanın hər qarışında üstələyirdi. Belə hallarda, sadəcə, rəqibi təbrik etmək lazımdı”.
Избранный
90
Источники
Комментарий ()
Закрывать

Рейтинг

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21806
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19461
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18323
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17797
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17261
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17140
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16243
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15644
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12167
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11312
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9803
"Zaur, yenə çaşdın..." - VİDEO
8904
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8696
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8083
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7656
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7283
Minimum əmək haqqı nə qədər arta bilər?
7122
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6475
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5829