RU

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

Əqli

Bakı, 18 aprel, AZƏRTAC

Əqli Mülkiyyət Agentliyində ölkəmizin ali məktəblərində təhsil alan tələbə və doktorantlar, o cümlədən elm sahəsində çalışan gənclərlə görüş keçirilib. Görüşdə gənclərə ixtira və faydalı modelə patent alınması üçün milli və beynəlxalq iddia sənədlərinin verilməsi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Avrasiya Patent Təşkilatının müvafiq məlumat bazalarında patent axtarışının həyata keçirilməsi qaydaları barədə ətraflı məlumat verilib, gənclərin sualları cavablandırılıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, öz ixtiralarını qeydiyyata almağa maraq göstərən ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universitetinin tələbələrinə Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib. Nəticədə gənc ixtiraçılar ixtiralarının qeydiyyata alınması üçün sənədlərini Agentliyə təqdim ediblər.

Xatırladaq ki, 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 Aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü ərəfəsində əqli mülkiyyət mədəniyyətinin gücləndirilməsi və cəmiyyətin ayrı-ayrı təbəqələrinin diqqətinin əqli mülkiyyətə cəlb edilməsi məqsədilə Agentlik tərəfindən “Əqli mülkiyyət aylığı” elan edilib. “Əqli mülkiyyət aylığı” çərçivəsində ixtiraçılar arasında maarifləndirmə işləri davam etdirilir.

Избранный
60
1
Источники
Комментарий ()
Закрывать

Рейтинг

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21080
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19319
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18256
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17655
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16817
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16630
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16100
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15503
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11974
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11263
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9079
"Zaur, yenə çaşdın..." - VİDEO
8863
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8298
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7996
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7503
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7146
Minimum əmək haqqı nə qədər arta bilər?
7082
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6348
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5763