RU

Ölkələr növbəti sarsıntılara hazır olmaq üçün maliyyə dayanıqlılığını təcili artırmalıdır- Kristalina Georgiyeva

Vaşiniqton. Trend:

Ölkələr növbəti sarsıntılara hazır olmaq üçün maliyyədayanıqlılığını təcili artırmalıdır.

Trend xəbərverir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) icraçıdirektoru Kristalina Georgiyeva BVF-in Vaşinqtonda keçirilən yaziclasları çərçivəsində qlobal siyasət üzrə brifinqdə deyib.

"Son illərdə dünya iqtisadiyyatında çox nizamsızlıq müşahidəolunur. Pandemiya, müharibələr, böhran zamanı iqlim faciələri oldu.Çoxsaylı sarsıntılara və çətin maliyyə şəraitinə baxmayaraq artımsabit müsbət olaraq qalır. Bu il üzrə proqnozu 3,2 faizədəkartırmışıq. Yenə də narahat olunası məqamlar var. İnflyasiyaazalıb, lakin itməyib", - o deyib.

K.Georgiyevanın sözlərinə görə, təqribən 3 faiz səviyyəsindəorta müddətli artım perspektivləri son onillik ərzindəki ən aşağıgöstəricilərdir. Artıma məhsuldarlığın geniş miqyasda ləngiməsimane olur.

"Ölkələr qrupları daxilində və arasında fərqliliklərartmaqdadır, bununla belə yoxsul ölkələr getdikcə daha çox geridəqalır. Bu kontekstdə əsas prioritetlərə fokuslanırıq. Birincisi,ehtiyatların yaradılması nəzərdə tutulur. Hazırda büdcəməhdudiyyətləri özlüyündən daha mühüm əhəmiyyət kəsb etməyəbaşlayır, çünki əksər ölkələrdə büdcə imkanları tükənib.

Böhran şəraitində ölkələr növbəti sarsıntıya hazır olmaq üçüntəcili olaraq maliyyə dayanıqlılığını artırmalıdır", - deyə BVF-inicraçı direktoru bildirib.

K.Georgiyeva bildirib ki, büdcə konsolidasiyalarının ortamüddətli çərçivələrini qəbul etməyin vaxtı çatıb.

"Anlayırıq ki, bir ölçü hamıya uyğun deyil. Konsolidasiya sürətiölkənin vəziyyətindən asılı olaraq fərqlənir. Bu səbəbdəngəlirlərin mobilizasiyası və xərclərin səmərəliliyinin artırılmasıarasında balansı qoruyacağıq. Bu yükün daha həssas əhaliqruplarının üzərinə düşməməli olduğunu unutmamaq çox vacibdir", - odeyib.

İcraçı direktor ikinci prioritetin fundamental islahatlar,idarəetmənin möhkəmləndirilməsi, qadınların əmək bazarındaiştirakının artması, kapitala çıxış imkanının yaxşılaşdırılmasıolduğunu qeyd edib.

"Tədqiqatlarımızın mühüm hissəsini xüsusən xarici şoklardan dahaciddi zərər görmüş üzvlərimizin artım perspektivlərininyaxşılaşdırılmasına yönəlmiş siyasətə istiqamətləndiririk. Bu isəüçüncü prioriteti ortaya çıxarır: üzvlüyümüzə sadiqliyimizinyenilənməsi. 100-ə yaxın ölkə üçün 300 milyard ABŞ dollarındanyuxarı məbləğdə maliyyə dəstəyi ayırmışıq", - deyə o əlavəedib.

Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq ValyutaFondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinəbaşlayıb.

Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 apreltarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərindəkeçiriləcək.

BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-MaliyyəKomitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada DBQ vəBVF-in fəaliyyəti müzakirə olunacaq.

BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə vəinkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaşcəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir arayagələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünyaiqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılmasıvə iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Избранный
52
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Bakıda hoteldə yanğın başlayıb
554
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
321
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
218
Bu yol qovşağında təmir işləri aparılacaq
215
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
168
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
138
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
120
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
107
Bakıda 9 otaqlı evdə yanğın baş verib
95
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
93
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
86
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
74
Çingiz Mustafayevin toyudur - FOTOLAR
72
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
69
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
67
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
58
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
43
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
36
Ожидается перезапуск франшизы «Бегущий в лабиринте»
32
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
31