RU

Almaniyada 2 nəfər rus casusluğu ittihamı ilə həbs edilib

Almaniya və Rusiya vətəndaşlığı olan iki nəfərin Almaniyada xarici məxfi xidmət agenti olduqları səbəbilə həbs edildiyi bildirilib.

525.az xəbər verir ki, Federal Prokurorluğun verdiyi açıqlamaya görə, Diter S. və Aleksandr J. Ukraynanın şərqində rusiyayönlü separatçılar tərəfindən qurulan Donetsk Xalq Respublikası (PRD) təşkilatına üzvlük və onların Ukrayna ilə əlaqəsi səbəbi ilə həbs edilib.

Belə ki, dünən nəzarətə alınan iki şübhəli hakim qarşısına çıxarılaraq həbs edilib.

Bundan əlavə, Bavariya Dövlət Kriminal Polis İdarəsi şübhəlilərin yaşayış və iş yerlərində axtarış aparıb.

Məhəmməd Tağıyev






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
105
1
525.az

10Источники