AZ

Almaniyada Rusiyaya casusluq edən 2 nəfər TUTULDU

Almaniyada Rusiyaya casusluq etməkdə və təxribat hazırlamaqda şübhəli bilinən iki nəfər həbs olunub.

Bizim.Media xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı yazıb.

Mənbə qeyd edir ki, Bavariya federal əyalətinin Bayroyt şəhərində keçirilən əməliyyat nəticəsində 39 yaşlı Diter S. və 37 yaşlı Aleksandr J. saxlanılıb.

Müstəntiqlər hesab edirlər ki, şübhəlilər 2023-cü ilin oktyabr ayından bəri Almaniyada təxribat törətməklə bağlı Rusiya xüsusi xidmət orqanları ilə məlumat mübadiləsi aparırlar. Onlar hərbi infrastruktur və sənaye obyektlərində yanğın və partlayış planları hazırlayıblar. Diversantların hədəfində hərbi yüklərin daşınması üçün istifadə edilən nəqliyyat marşrutları da olub.
Almaniya prokurorluğu Dieteri kəşfiyyat və təxribat məqsədi daşıyan gizli fəaliyyətdə, Aleksandrı isə xüsusi xidmət orqanları ilə əlaqədə ittiham edir.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
11
bizim.media

10Mənbələr