RU

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

Rusiya

Moskva, 18 aprel, AZƏRTAC

Bu yaxınlarda Kanada təmsilçisinin də daxil edilməsi hesabına genişləndirilən Aİ-nin Ermənistandakı müşahidə missiyası Cənubi Qafqaza heç bir fayda gətirmir, əksinə, Rusiyanın cənub sərhədlərində kollektiv Qərbin maraqlarına uyğun olaraq regional sabitliyin pozulmasına şərait yaradır.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O deyib: “Avropa İttifaqının mövcudluğunun insidentlərin qarşısının alınması baxımından tam səmərəsiz olduğunu qeyd edərək, biz hər gün daha çox əmin oluruq ki, Avropa İttifaqının Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına müsbət töhfəsi yoxdur. Əksinə, Aİ nümayəndələri müxtəlif növ təxribatlarla, kəşfiyyat fəaliyyəti ilə, təbliğatla məşğuldurlar”.

Diplomatın sözlərinə görə, bu, qanunauyğun olaraq, region ölkələri tərəfindən qəbul olunmur, onların ortaq rəyi ondan ibarətdir ki, ortaya çıxan hər hansı məsələ Cənubi Qafqaz daxilində, kənardan destruktiv müdaxilə olmadan burada yerləşən bütün ölkələrin maraqları naminə həll edilməlidir.

Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib: “Anlaşılan odur ki, Ottavanın Aİ missiyasına qoşulması məsələsi artıq praktiki müstəviyə keçib, bu yaxınlarda Ermənistana Kanadadan qondarma ekspert gəlib. Belə bir həll yolunun hansı əlavə dəyərə malik olduğu və Ermənistanda ona nə dərəcədə tələbat duyulduğu aydın deyil”.

Mariya Zaxarovanın fikrincə, çox güman ki, söhbət NATO qüvvələrinin bölgəyə sürüklənməsindən gedir. O vurğulayıb ki, Cənubi Qafqazda NATO-nun təmsil etdiyi xarici aktorların səylərinin nəticəsi istər-istəməz regionda etimadın azalması və silahlı qarşıdurmanın genişlənməsi olacaq.

Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib: “Aİ və NATO tərəfindən qarşıya Ermənistan-Azərbaycan nizamlanmasına real köməklik göstərilməsi məqsədi qoyulmayıb. Qərb Cənubi Qafqazı silahlandırmağa davam edir, onu geosiyasi rəqabətin növbəti arenasına çevirir, mahiyyət etibarilə, yaxın vaxtlarda regionun dinc inkişafı vəzifələrinin yerinə yetirilməsinə son qoyur”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Избранный
37
1
Источники
Комментарий ()
Закрывать

Рейтинг

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
22097
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19510
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18382
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17846
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17439
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17320
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16293
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15705
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12206
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11335
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
10056
"Zaur, yenə çaşdın..." - VİDEO
8922
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8849
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8111
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7703
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7368
Minimum əmək haqqı nə qədər arta bilər?
7147
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6545
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5865