RU

Daha iki bankın əmlakları hərraca çıxarılıb

Daha

Aprelin 26-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Dəmir Bank” ASC-nin, mayın 2-də isə “Muğanbank” ASC-nin daşınar və daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.

Reyting.az
xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Bildirilir ki, söhbət “Dəmir Bank”a məxsus “10-AH-773” dövlət qeydiyyat nişanlı, “BMW 760 LI” nəqliyyat vasitəsindən və “Muğanbank”a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 66,5 kv.m.-lik və Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 39 kv.m.-lik 4 saylı və 27,5 kv.m.-lik 9 saylı mənzillərdən gedir.

Əmlaklara müvafiq olaraq 31,5 min manat, 380 min manat və 400 min manat qiymət qoyulub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
63
4
reyting.az

5Источники