RU

“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir” – Rusiya XİN

Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Kanadanın Ermənistandakı Avropa İttifaqı missiyasına qoşulmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistandakı Avropa İttifaqı missiyasının mövcudluğu səmərəsizdir.

“Bu missiyanın yerdəki insidentlərinin qarşısını ala bilməməsinə, Aİ-nin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına hansısa müsbət töhfəsinin olmamasına biz hər gün daha çox əmin oluruq. Əksinə Aİ-nin nümayəndələri müxtəlif növ təxribatlarla, kəşfiyyat fəaliyyəti və təbliğatla məşğul olur. Başa düşdüyümüz qədər Kanadanın Ermənistandakı Aİ missiyasına qoşulması praktiki müstəviyə keçib.

Bu günlərdə Kanadadan “ekspertlər” Ermənistana səfər edib. Bu qərarın əlavə dəyəri nədir, anlaşılan deyil. Qoyun, ermənilər özləri bunu şərh etsinlər. Çox güman ki, burada söhbət ondan gedir ki, Vaşinqton avropalı müttəfiqlərini NATO qüvvələrini Cənubi Qafqaza sürükləmək üçün istifadə edir. Aydındır ki, Atlantikanın o tayında təkcə yerdə vəziyyətə nəzarət etmək üçün imkanlarını genişləndirmək istəmirlər, həm də avropalı müttəfiqlərini izləmək istəyirlər.

NATO-nin simasında xarici oyunçuların Cənubi Qafqazdakı səyləri regionda etibarın azalmasını, eskalasiyanı, silahlı qarşıdurmanı qaçılmaz edir. Azərbaycan-Ermənistan nizamlanmasına real yardım Aİ və NATO-nin məqsədlərində yoxdur. Qərb Cənubi Qafqazı növbəti geosiyasi qarşıdurma arenasına çevirərək, yerli sakinlərin maraqlarını rədd edərək onu hərbiləşdirməyə davam edir. Faktiki olaraq, Qərb yaxın vaxtlarda regionun dinc yolla inkişafı vəzifələrinin həyata keçirilməsinin üstündən xətt çəkir”.

Избранный
62
11
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Bakıda hoteldə yanğın başlayıb
335
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
236
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
161
Bu yol qovşağında təmir işləri aparılacaq
157
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
90
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
84
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
79
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
73
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
66
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
64
Bakıda 9 otaqlı evdə yanğın baş verib
61
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
57
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
51
Çingiz Mustafayevin toyudur - FOTOLAR
51
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
50
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
32
Ожидается перезапуск франшизы «Бегущий в лабиринте»
29
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
27
Kirayə evə görə vergini kim ödəməlidir?
27
Rusiya XİN: Rusiya sərhədçilərinin çıxarılması Ermənistan tərəfinin xahişi ilə müzakirə olunub
26