RU

ABŞ Azərbaycanla bağlı fərqli mövqe nümayiş etdirir - ŞƏRH 

“ABŞ Dövlət Departamenti nümayəndəsinin Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə bağlı mövqeyi, verdiyi açıqlama gözlənilən deyil. Çünki biz ABŞ-nin Rusiyanın postsovet məkanı siyasəti, bölgədəki digər münaqişə ocaqlarında hərbi-siyasi iştirakı ilə mövqeyilə tanışıq”.

Bu fikirləri Musavat.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli rusiyalı sülhməramlıların çıxarılması ilə bağlı ABŞ Dövlət Departamenti rəsmisinin mövqeyini şərh edərkən bildirib.

metin.jpg

Ekspert xatırladıb ki, ABŞ hər zaman Rusiyanın postsovet məkanının münaqişə olan bölgələrindən çıxarılmasını tələb edib:

“Gürcüstanda Abxaziya, Cənubi Osetiya, Moldovada Dnestryanı bölgə və s. ərazilərdə sülhməramlıların fəaliyyəti ilə bağlı mövqe hər kəsə bəllidir. Hətta 2022-ci ilin yanvarında Qazaxıstana KTMT qüvvələri yeridilərkən o zaman da ABŞ qüvvələrin çıxarılması ilə bağlı sərt tələb sürmüşdü. Bütün bunlara baxmayaraq, ABŞ Azərbaycanla bağlı fərqli mövqe nümayiş etdirir. Digər ölkələrə yanaşmada olduğu kimi, eyni yanaşmanı gözləyirdik. Lakin Dövlət Departamenti nümayəndəsinin şərhi ABŞ-nin məsələlərə yenə də ikili standartlarla yanaşdığını göstərir. Bu da ondan irəli gəlir ki, baş verən proseslərlə bağlı ABŞ-nin o qədər də xoş niyyəti yoxdur. Həm ABŞ, həm də Qərbin digər aparıcı dövlətlərinin belə mövqe nümayiş etdirməsi Cənubi Qafqazda sülhə, əmin-amanlığa deyil, əksinə, təhlükəsizlik mühitinə neqativ təsir göstərir”.

Mətin Məmmədli əlavə edib ki, bu yanaşma yeni deyil. Ekspert bir-birinə qarşı duran Rusiya-Qərb, İran-Qərb kimi güc mərkəzlərinin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi məsələlərində sanki müəyyən konsensusa gəldiyini, bunun nümunələrinin ən yeni tariximizdə kifayət qədər olduğunu vurğulayıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
63
5
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24590
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13975
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
12584
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
9699
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6742
Rəisi öldü, Pakistanda matəm elan edildi
6361
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5870
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5649
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
5386
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4131
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
4110
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3936
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3720
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3583
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3220
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2852
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797