RU

Aİ missiyası səmərəsizdir - Zaxarova

Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

    Onun sözlərinə görə, Ermənistandakı Avropa İttifaqı missiyasının mövcudluğu səmərəsizdir:

    “Başa düşdüyümüz qədər, Kanadanın Ermənistandakı Aİ missiyasına qoşulması praktiki müstəviyə keçib. Bu günlərdə Kanadadan “ekspertlər” Ermənistana səfər edib. Bu qərarın əlavə dəyəri nədir, anlaşılan deyil. Qoyun, ermənilər özləri bunu şərh etsinlər. Çox güman ki, burada söhbət ondan gedir ki, Vaşinqton avropalı müttəfiqlərini NATO qüvvələrini Cənubi Qafqaza sürükləmək üçün istifadə edir. NATO-nin simasında xarici oyunçuların Cənubi Qafqazdakı səyləri regionda etibarın azalmasını, eskalasiyanı, silahlı qarşıdurmanı qaçılmaz edir".


    Telegram kanalımız
    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Избранный
    96
    11
    yenisabah.az

    10Источники