RU

Fransada insan hüquqları açıq şəkildə tapdalanır (FOTO)

Bakı. Trend:

Parisdə Yay Olimpiya Oyunları yaxınlaşdıqca evsizlərinnarahatlığı daha da artır. Onlar körpülərin altında və ya şəhərinhər hansı bir küncündə açıq səma altında özlərinə yer edən kimiFransa hüquq–mühafizə orqanları tərəfindən qovulurlar.

Trend xəbər verir ki, TF 1 telekanalının yaydığı məlumata görə,bu dəfə polis və jandarmlar Paris bölgəsində ən çox evsizin (SDF)bir arada olduğu rayonda sığınacaq tapmış 450 evsiz insanı təxliyəetmək üçün əməliyyata başlayıb.

Əməliyyata 250 polisin səfərbər edildiyi bildirilir. SDF-lərinbəziləri əvvəlcədən xəbərdar olduqları üçün həmin məkanı bir günəvvəl tərk ediblər. Digər 300 evsiz insan - kişilər, qadınlar,uşaqlar bu xəbəri eşidən kimi oradan getməyə başlayıb.

Xatırladaq ki, Fransa hakimiyyəti sözügedən əməliyyatlara2023-cü ildən başlayıb. Ölkədə fəaliyyət göstərən 80-dəkqeyri-hökumət təşkilatı və assosiasiyalar bu əməliyyatlarıpisləyir, onu sosial təmizləmə adlandırırlar. Evsiz insanlarınəksəriyyətinin işlədiyi, ancaq onlara kirayə mənzil verilmədiyibildirilir. Yüzlərlə insanın isə sosial mənzil gözlədiyi qeydedilir. Onlar hətta çoxmərtəbəli binaların pilləkənləri altında vədəhlizlərdə geçələməyə məcbur olurlar. Parisdə işləyən evsizlərinbəzən digər uzaq şəhərlərə göndərildiyi deyilir.

Göründüyü kimi, ən ağır və çirkli işləri görən bu insanlarınhüquqları özünü “demokratik və hüquqi dövlət” hesab edən Fransadaaçıq şəkildə tapdalanır.

Fransada
Fransada
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
42
1
az.trend.az

2Источники