AZ

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

Paris, 18 aprel, AZƏRTAC,

Parisdə Yay Olimpiya Oyunları yaxınlaşdıqca evsizlərin narahatlığı daha da artır. Onlar körpülərin altında və ya şəhərin hər hansı bir küncündə açıq səma altında özlərinə yer edən kimi Fransa hüquq–mühafizə orqanları tərəfindən qovulurlar.

AZƏRTAC xəbər verir ki, TF 1 telekanalının yaydığı məlumata görə, bu dəfə polis və jandarmlar Paris bölgəsində ən çox evsizin (SDF) bir arada olduğu rayonda sığınacaq tapmış 450 evsiz insanı təxliyə etmək üçün əməliyyata başlayıb. Əməliyyata 250 polisin səfərbər edildiyi bildirilir. SDF-lərin bəziləri əvvəlcədən xəbərdar olduqları üçün həmin məkanı bir gün əvvəl tərk ediblər. Digər 300 evsiz insan - kişilər, qadınlar, uşaqlar bu xəbəri eşidən kimi oradan getməyə başlayıb.

Xatırladaq ki, Fransa hakimiyyəti sözügedən əməliyyatlara 2023-cü ildən başlayıb. Ölkədə fəaliyyət göstərən 80-dək qeyri-hökumət təşkilatı və assosiasiyalar bu əməliyyatları pisləyir, onu sosial təmizləmə adlandırırlar. Evsiz insanların əksəriyyətinin işlədiyi, ancaq onlara kirayə mənzil verilmədiyi bildirilir. Yüzlərlə insanın isə sosial mənzil gözlədiyi qeyd edilir. Onlar hətta çoxmərtəbəli binaların pilləkənləri altında və dəhlizlərdə geçələməyə məcbur olurlar. Parisdə işləyən evsizlərin bəzən digər uzaq şəhərlərə göndərildiyi deyilir.

Göründüyü kimi, ən ağır və çirkli işləri görən bu insanların hüquqları özünü “demokratik və hüquqi dövlət” hesab edən Fransada açıq şəkildə tapdalanır.

 

Seçilən
65
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
952
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
618
Sabah 5 kəndin qazı kəsiləcək
448
Bu yol qovşağında təmir işləri aparılacaq
399
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
373
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
233
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
225
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
224
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
207
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
183
Çingiz Mustafayevin toyudur - FOTOLAR
153
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
145
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
139
Bakıda 9 otaqlı evdə yanğın baş verib
123
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
100
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
97
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
71
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
69
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
58
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
50