RU

Qonşusunu bıçaqla öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

Cari il yanvarın 1-də Tərtər rayon sakini 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin yaşadığı binanın qarşısında öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tərtər rayon prokurorluğu yayıb.

İbtidai istintaqla 2009-cu il təvəllüdlü Fuad Quluzadənin qonşusu Canpolad Tağıyev ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun qardaşının gözləri qarşısında bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fuad Quluzadəyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə yekun ittiham elan edilib, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
11
bizim.media

10Источники