RU

Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətinə də xitam verilməlidir - Politoloq

"Azərbaycanın anti-terror tədbirlərindən sonra regionda Rusiyanın geosiyasi mövqeləri daha da zəifləyib. Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxması Moskva üçün arzuolunmaz bir prosesdir".




Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.





O bildirib ki, Rusiya 10 noyabr birgə bəyannaməsinə uyğun olaraq daimi əsasda regionda qalmağı hədəfləyirdi: "Qeyd edim ki, Ağdamda fəaliyyət göstərən atəşkəsə nəzarət mərkəzi olan Türkiyə -Rusiya monitorinq Mərkəzi fəaliyyətsizdir. Bu mərkəzdə öz fəaliyyətində müsbət nəticə əldə etmədi. Türkiyə- Rusiya atəşkəsə nəzarət mərkəzinin fəaliyyətinə xitam verilməlidir".
Məğrur,
Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
117
7
sitat.info

7Источники