RU

Çempionlar Liqasında REKORDLAR

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, İFFHS mərhələnin son oyun günü ilə bağlı statistik hesabat hazırlayıb.

"Mançester Siti" - "Real" - 1:1 (pen.3:4)

"Real" tarixində 6-cı dəfə (1998, 2000, 2002, 2014, 2022, 2024) turnirin son qalibini mübarizədən kənarlaşdırmaqla ən yaxın izləyicisi ilə fərqi ikiqata çatdırıb.

Çempionlar kubokunu (1955-92) da nəzərə alsaq, "Real" 10, ikinci olan "Yuventus" 5 dəfə son qalibi mübarizədən kənar qoyub.

Karlo Ançelotti "Real"la pley-offdakı 14 matçda 12 qələbə qazanıb.

Karlo Ançelotti 10-cu dəfə yarımfinala yüksəlməklə Pep Qvardiolanın rekordunu təkrarlayıb.

Karlo Ançelotti "Yuventus"la 1 (1999), "Milan"la 4 (2003, 2005, 2006 и 2007), "Real"la 5 (2014, 2015, 2022, 2023 и 2024) dəfə yarımfinala yüksəlib.

7 ildir qrup mərhələsində fərqlənməyən Kevin de Bruyne ardıcıl 11-ci dəfə qolunu pley-offda vurub.

"Real" 8-ci dəfə əlavə vaxt oynayıb ki, bu da turnirin rekordudur. "Çelsi" və "Atletiko"da bu rəqəm 7-dir.

"Real" əlavə vaxt oynadığı son 6 mərhələni adlayıb.

"Real" avrokuboklarda ardıcıl 4-cü, tarixində 15 cəhddən 11-də penaltilər seriyasında qalib gəlib.

"Bavariya" - "Arsenal" - 1:0

"Bavariya" 5-ci dəfə "Arsenal"ı pley-offda mübarizədən kənarlaşdırıb.

Yalnız "Real" eyni rəqibi ("Bavariya"nı) daha çox - 6 dəfə yarışdan çıxarıb.

Tomas Tuxel üç klubla (PSJ, "Çelsi", "Bavariya") yarımfinala çıxan ilk almaniyalı olub.

21-ci əsrdə 7-ci dəfə (2002/03, 2009/10, 2012/13, 2014/15, 2016/17, 2019/20, 2023/24) yarımfinalda İngiltərə klubu olmayacaq.

1/4 finalda 32 qol olub ki, bu da turnirin tarixində yeni rekorddur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
41
milli.az

1Источники