RU

AFFA üçün hazır proqram

Bu ayın əvvəli Azərbaycan futbolunda islahat dalğasının sürət götürməsiylə əlamətdar oldu. AFFA-nın prezidenti və İcraiyyə Komitəsinin üzvləri dəyişdi, yeni rəhbərlik, eləcə də komitə üzvləri ictimaiyyətə təqdim olundu. Məlum məsələdir ki, Azərbaycan futboluna könül verənlər, onun uğurlarına sevinməyi arzulayanlar bu dəyişikliklərdən çox şey gözləyirlər. 

Azarkeşləri başa düşmək çətin deyil. Milli komandalarımızın "dişsiz” və məzmunsuz oyunu, bunun da fonunda gələn biabırçı nəticələr hamımızın əhvalını korlayır. Uzun müddətdir ki, belə həyat tərzinə vərdiş etmişik, bizim üçün milli komandamızın hansısa oyunda qələbə qazanması bayramdan-bayrama gələn şəkərbura-paxlavaya çevrilib. Ən pisi də odur ki, belə biabırçı nəticələr təkcə əsas milli komanda ilə məhdudlaşmayıb. "Böyük əmilər”in davamçıları da məğlubiyyətlərə adətkarə olublar, ölkə futbolu adına hansısa ümid qığılcımına da rast gəlməmişik. Bir vaxtlar Anatoli Banişevskisi, Ələkbər Məmmədovu, Nazim Süleymanovu, Vəli Qasımovu, Vidadi Rzayevi, Yunis Hüseynovu ilə ümidlənən, öyünən sıravi azərbaycanlı azarkeşlər indi öyünmək, gələcəyə ümid etmək üçün heç kimin adını çəkə bilmir.

Məhz bütün bu ümidsizliyin fonunda AFFA-dakı islahat dalğası bir çox azarkeş üçün yeni bir qığılcıma, həyat eşqinə çevrilib. Artıq ilkin işartıları hiss etmək, bəzi kiçik hərəkətliliyi görmək də mümkündür. Mətbuata sızan informasiyalarda qeyd olunur ki, AFFA-nın yeni prezidenti Rövşən Nəcəf İcraiyyə Komitəsinin üzvlərinə konkret tapşırıq verib. Həmin tapşırıqda üzvlərdən futbolumuzun problemləri və onların həlli yolları ilə bağlı proqram hazırlanması, çıxış yolları ilə bağlı təkliflərin həmin proqramda göstərilməsi tələb olunur. Hər şeyə sıfırdan başlamaq üçün əla təşəbbüsdür.

İndi qalır İK üzvlərinin bu tapşırığa hansı formada əməl etməsi, proqramı hansı səviyyədə hazırlanması. Bax, əsas məsələ də budur. Məlum məsələdir ki, İK üzvləri arasında bilavasitə futbolla bağlılığı olan, keçmişdə futbolçu kimi çıxış edən cəmi iki nəfər var. Bunlar da Səməd Qurbanovla Qurban Qurbanovdur. Digərləri isə bu sahədən kənar adamlardır. Yaxud da, futbol dünyasına son illərdə qədəm qoyanlar. Özü də onların futboldan başqa məşğuliyyət sahələri, məsul olduğu işlər də var. Deməli, onlar Azərbaycan futbolunun problemləri ilə dərindən tanış olmaya, çıxış yollarını tam aydınlığı ilə görməyə də bilərlər. Bu da təbiidir.

Belə yerdə mənim AFFA-nın İcraiyyə Komitəsinin üzvlərinə bir məsləhətim var. Onlara məsləhət verməyimdən heç də inciməsinlər. Siz axtardığınızı idman mətbuatında tapa bilərsiz. İdman mətbuatında illərini Azərbaycan futboluna verən, bu sahənin problemlərini daim işıqlandıran, çıxış yollarını axtaran yetərincə vicdanlı qələm sahibi var. Həmin o qələm sahiblərinin yazılarında siz həm problemlərlə, həm də çıxış yolları ilə tanış ola bilərsiz. Misal üçün, "Fanat.az” saytının baş redaktoru Əli Sahib bir neçə gün bundan əvvəl "Bataqlıqdan çırtlayan ümid” adlı yazıya müəlliflik edib. Həmin yazıda uşaq futbolunun problemlərinə toxunulur, Azərbaycan futbolunun dirçəlməsi üçün bu sahəyə diqqətin artırılmasının vacibliyini vurğulanır. Özü də konkret təkliflərlə.

Buyurun, bu da sizin üçün hazır proqram. Oxuyun, faydalanın. Bizdən deməkdir, sonrasını siz bilərsiniz...

Amal Abuşov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
312
1
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14734
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11502
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9318
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3227
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2672
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2540
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2451
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2215
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1874
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1725
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1255
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
848
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
846
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
798
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
763
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
736
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
729
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Mayın ilk gününün havası açıqlanıb
651