AZ

AFFA Premyer Liqa ilə bağlı məsələyə nə vaxt baxacaq? - Açıqlama

style='margin-bottom:10px;'>

Son günlər mediada növbəti mövsüm Azərbaycan Premyer Liqasında yarışacaq komanda sayının artırılacağı, liqanın formatının isə dəyişdiriləcəyinə dair məlumatlar artmaqdadır.

Qeyd edək ki, ilk olaraq aprelin əvvəlində QOL.az saytına yayımlanan yazıda yeni mövsüm üçün Premyer Liqada komanda sayının artırılaraq 10-dan 12-yə çatdırıla biləcəyi qeyd edilib. Həmin yazıda qeyd olunurdu ki, bununla bağlı məsələ bir müddətdir müzakirə olunur. Yəni söhbət AFFA prezidentliyinə keçirilən seçkidən öncəyə gedib çıxır.

Qeyd edək ki, AFFA-nın yeni prezidenti Rövşən Nəcəf jurnalistlərə sonuncu açıqlamasında da komanda sayı və çempionatın formatı ilə bağlı məsələnin müzakirə olunacağını etiraf edib. 

Bununla bağlı müzakirənin AFFA İcraiyyə Komitəsinin yeni tərkibinin növbəti iclasında müzakirə olunacağı gözlənilir. Həmin iclasda isə iştirakçı komandaların sayı və çempionatın yeni formatına dair qərar veriləcəyi istisna deyil. 

AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli yayılan məlumatlarla əlaqədar QOL.az saytının sorğusuna cavab verib. O bildirib ki, İcraiyyə Komitəsinin növbəti iclası mayın əvvəlində keçirilməlidir. Lakin dəqiq tarix hələ müəyyənləşməyib. O, çempionatla bağlı mümkün müzakirəyə və qərara dair suala cavabında isə bildirib ki, bu, İK-nin səlahiyyətində olan məsələdir: "Hələ ki, İcraiyyə Komitəsinin gündəliyi açıqlanmayıb, ümumiyyətlə, iclasın dəqiq tarixi də bəlli deyil. Bu məsələ rəsmiləşən kimi ictimaiyyətə məlumat verəcəyik".

Ramiq Ağaməmmədov

Seçilən
160
39
Mənbələr
Şərh ()
Bağla