RU

"Ötən illə müqayisədə bu dəfə onların yükünü azaltmayacağıq"

"Bəzi çəkilərdə olimpiadaya kimin gedəcəyi dəqiq bilinmir. Avropa və dünya çempionatından sonra bu barədə yekun qərar veriləcək".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli jurnalistlərə açıqlamasında deyib.

Federasiya rəsmisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatına hazırlaşan cüdoçuların əhval-ruhiyyələrinin yaxşı olduğunu bildirib:

“10 gündən az vaxtımız qalıb. Yarışa tam heyətlə qatılacağıq. Kimdə hansısa çatışmazlıq varsa, məşqçilər korpusu bunu aradan qaldırmağa çalışır.

Əsas hədəfimiz olimpiadadır. Cüdoçularımız Avropa və dünya çempionatlarına gedəcəklər. Ötən illə müqayisədə bu dəfə onların yükünü azaltmayacağıq”.

Elnur Məmmədli milli üzvlərindən qitə birinciliyində uğurlu nəticələr gözlədiklərini sözlərinə əlavə edib:

“Ötən il Avropa çempionatından 2 qızıl medalla qayıtmışdıq. Həmin vaxt fəxri kürsünün ən yüksək pilləsinə qalxan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) hazırda reytinqdə müvafiq olaraq birinci və ikinci yerdədirlər.

Əlbəttə ki, digər ölkələrin cüdoçuları da bizə qarşı hazırlaşırlar. Buna baxmayaraq, bütün idmançılarımız qitə birinciliyində öz məharətlərini göstərəcəklər”.

Olimpiya çempionu 81 kq çəkidə çıxış edən Səid Mollayinin heyətə cəlb olunmamasının səbəbini də açıqlayıb:

“Mollayi zədəlidir. Sağlamlığını bərpa etməsi üçün ona xüsusi proqram verilib. Sağaldıqdan sonra yenidən heyətdə yer alacaq”.

Aprelin 25-də startı veriləcək və üç gün davam edəcək Avropa çempionatında Azərbaycan millisinin 9 çəki dərəsində 13 cüdoçusu mübarizə aparacaq.

Избранный
57
Источники
Комментарий ()
Закрывать

Рейтинг

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19779
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19061
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18119
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17430
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16071
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15933
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15810
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15191
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11693
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11188
"Zaur, yenə çaşdın..." - VİDEO
8785
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7870
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7501
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7481
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7306
Minimum əmək haqqı nə qədər arta bilər?
7001
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6834
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6065
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5696