- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Qırğızıstan hakimiyyəti TikTok-u bloklamaq qərarına gəlib.
Oxu24.com xəbər verir ki, ölkənin Rəqəmsal İnkişaf Nazirliyindən verilən məlumata görə, TikTok-un bloklanmasına səbəb xidmətin “Uşaqların sağlamlığına, onların fiziki, intellektual, əqli, mənəvi və əxlaqi inkişafına zərər vurmasının qarşısının alınması ilə bağlı tədbirlər haqqında” qanunun tələblərinə əməl etməməsi olub. ”
Səlahiyyətlilər bildiriblər ki, ölkədəki hər üç telekommunikasiya operatoruna TikTok-a girişi məhdudlaşdırmaq üçün lazımi tədbirlərin görülməsini tələb edən məktub göndərilib.
TikTok Qırğızıstanda gənclər arasında ən populyar informasiya resurslarından biridir.
M-Vector tədqiqat və konsaltinq şirkətinin məlumatına görə, xidmətdən əhalinin 72%-i istifadə edir.
Nigar
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.