Bursada 31 mart yerli seçkilərində 96 səslə seçilən kənd muxtarı bu gün dünyasını dəyişib.
Day.Az Unikal-a istinadən xəbər verir ki, Osmanqazi mahalının Gökçeören rayonundan seçilən Emin Batmazın ürəktutmadan öldüyü deyilir.
51 yaşlı muxtar bu gün qeydiyyat sənədini alaraq vəzifəsinin icrasına başlamalı idi.