RU

Mahirin komanda yoldaşı Türkiyə klubuna keçə bilər

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Bruno Petkoviç karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, "Trabzonspor" 29 yaşlı hücumçunun xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Super Liqa təmsilçisi yayda oyunçu üçün danışıqlara başlayacaq.

Petkoviç bu mövsüm 36 oyunda 17 qol vurub. Onun müqaviləsi 2025-ci ilin yayına kimidir.

"Dinamo"da Azərbaycan millisinin hücumçusu Mahir Emreli çıxış edir. Emreli bu mövsüm 22 oyunda 5 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
99
Источники
Комментарий ()
Закрывать