PSJ-nin hücumçusu Kilian Mbappe bu mövsüm bütün turnirlərdə 40-dan çox qol vuran ilk avropalı olub.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Fransa millisinin üzvü son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona" ilə oyunda dubl edib.
25 yaşlı forvard ümumilikdə 42 matçda (24-ü Liqa 1-də, 8-i Çempionlar Liqasında, 8-i Fransa Kubokunda, 1-i Fransa Superkubokunda) rəqib qapılarına 41 dəfə yol tapıb.
Qeyd edək ki, "Barselona"nı 4:1 hesabı ilə məğlub edən PSJ yarımfinala yüksəlib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun