- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Vətəninfo.az “Mehr News” agentliyinə istinadən xəbər verir ki, ötən gecə Sistan və Bəluçistan əyalətinin Məscid Həzrət Əbülfəzl bölgəsində ard-arda iki zəlzələ baş verib.
Məlumata görə, sözügedən əyalətin Böhran İdarəetmə İdarəsinin rəisi Məcid Mohebbi deyib:
“İlk zəlzələ Rixter cədvəli üzrə 4,8 bal gücündə 00:29 radələrində, ikinci zəlzələ isə 3,7 bal gücündə və 01:50-də qeydə alınıb”.
Onun sözlərinə görə, zəlzələ nəticəsində dağıntı və insan itkisi olmayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.